“Bakubus” sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı – VİDEO

  • Müəllif: admin
  • 02 Noyabr 2017 10:50

Bakıda “Bakubus” sürücüsünün kobud qayda pozuntusu görüntülənib.

Gununsesi.info-nun  baku.ws-ə istinadla məlumatına görə, “99 – JX – 266” dövlət nömrə nişanlı, 13 nömrəli avtobus əks istiqamətə çıxaraq hərəkət edib.

Təhlükəli vəziyyət yaradan avtobus sürücüsü əks yola çıxdığı azmış kimi, hələ qarşısına çıxan avtomobildən yol da istəyib.

Sərnişinlərin həyatını təhlükəyə atan sürücü daha sonra manevr edərək hərəkətə davam edib.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info