Putin və Alena Kabayeva övladlarını gimnastın bacısının adına yazdırıb

  • Müəllif: admin
  • 04 Noyabr 2017 12:38

Rusiyalı gimnast Alina Kabayeva ilə prezident Vladimir Putin arasında olan münasibətlər və bu münasibətlər nəticəsində iki övladın dünyaya gəlməsi haqqında çox yazılıb.

Gununsesi.info “dialoq.ua”ya istinadən xəbər verir ki, rusiyalı politoloq Stanislav Belkovski də deyilənləri təsdiqləyib.

O bildirib ki, bu iki şəxsin izdivacından dünyaya gələn uşaqlar formal olaraq Alena Kabayevanın bacısının adına yazılıb: “Belə şaiyələr gəzir və biz də sadəcə deyilənlərə əsaslanaraq fikir söyləyirik”.

Lakin bir müddət öncə Alena Kabayeva özü “federalpress”ə açıqlamasında  övladının olmadığını bildirib.

Gununsesi.info