ABŞ və Yaponiya Şimali Koreyaya maksimum təzyiq göstərəcəklər

  • Müəllif: admin
  • 06 Noyabr 2017 21:30

“ABŞ və Yaponiya Koreya Xalq Demokratik Respublikasına maksimum təzyiq göstərmək üçün razılığa gəliblər”.

Gununsesi.info xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sindzo Abe Tokioda ABŞ Prezidenti Donald Trampla görüşünün yekunu üzrə mətbuat konfransında bəyan edib.

O qeyd edib ki, təzyiqdə məqsəd Şimali Koreyanın nüvə işlərinin dayandırılmasıdır:

“İndi dialoq xətrinə dialoq aparmağın vaxtı deyil. Artıq Koreya Xalq Demokratik Respublikasına təzyiq göstərməyin vaxtıdır”.

Gununsesi.info