
OECD-in 2017-ci il üzrə pensiya ilə bağlı icmalı yayımlanıb.
Gununsesi.info iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən xəbər verir ki, sosial sığorta yükünün bölünməsi ölkələr üzrə fərqlidir.
R.Ağayev qeyd edir ki, Avstriyada 22.8%-lik yükün 10.25%-i, ABŞ-da 12.4%-lik yükün 6.2%-i, İspaniyada 28.3%-lik yükün 4.7%-i, Latviyada 34.09%-lik yükün 10.9%-i işçinin, yerdə qalan hissəsi sahibkarın çiynindədir: “Azərbaycanda isə bu yük belə bölünür: 3% işçi, 22% biznes”.
“OECD ölkələri üzrə pensiya xərcləri (dövlət və özəl pensiya fondlarının xərcləmələri birlikdə) ÜDM-nin 10%-i ətrafındadır. Müqayisə üçün deyim ki, bizdə pensiya xərcləri ÜDM-nin 5%-nə yaxındır. Bu göstəriciyə görə, adıçəkilən ölkələrdən 2-2.5 dəfə geri qalırıq”-ekspert əlavə edir.
Bu göstərici ayrı-ayrı ölkələrdə daha yüksəkdir (məsələn, İtaliyada 15%): “OECD ölkələri üzrə adambaşına ÜDM-nin orta hesabla 35-40 min dollar aralığında dəyişdiyi nəzərə alınsa, deməli bu ölkələrdə əhalinin hər nəfər hesabı ilə illik pensiya xərcləri 3500-4000 dollar ətrafında dəyişir.
Azərbaycanda adambaşına ÜDM-nin orta hesabla 3700 dollara yaxın olduğunu nəzərə alsaq, deməli bu əhalinin hər nəfər hesabı ilə illik pensiya xərcləri 185 dollara yaxındır. Bu göstəriciyə görə isə inkişaf etmiş ölkələrdən təxminən 20 dəfə geriyik”.
Vüsalə
Gununsesi.info












