Rəsmi Bakı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına MÜNASİBƏT BİLDİRDİ

  • Müəllif: admin
  • 07 Dekabr 2017 09:15

Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Gununsesi.info bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır.

Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq.

Gununsesi.info