Magistratura, rezidentura və doktorantura ilə bağlı qaydalar DƏYİŞDİ

  • Müəllif: Firuzə
  • 08 Sentyabr 2026 19:49

Azərbaycan Respublikasının Nazirlər Kabineti magistratura, rezidentura, bakalavriat və doktorantura təhsili ilə bağlı qaydalarda dəyişiklik edib.

Gununsesi.info xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliklər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda 2026-cı il 10 fevral tarixində edilmiş dəyişikliklərin icrası ilə əlaqədar həyata keçirilib.

Qərara əsasən, rezidentura təhsilinin məzmunu və təşkili Qaydalarımagistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydalarıbakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları, eləcə də doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalarında dəyişiklik edilib.

Belə ki, müvafiq bəndlərdə “şəxslərin” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri əlavə olunub.

Eyni zamanda, “təhsil” sözündən sonra “(əlavə təhsil istisna olmaqla)” ifadəsi əlavə edilib.

Beləliklə, dəyişikliklərlə rezidentura, magistratura, əsas (baza ali) tibb təhsili və doktorantura ilə bağlı müvafiq tələblərin əhatə dairəsi dəqiqləşdirilib və əlavə təhsil bu müddəalardan istisna edilib.

Qərar 8 sentyabr 2026-cı il tarixində imzalanıb.

Gununsesi.info