
Jurnalist, “Exo” qəzetinin fotoqrafı Samir Əliyev vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalist Ceyhun Musaoğlu özünün “Facebook” səhifəsində məlumat yayıb.
C.musaoğlu bildirib ki, S. Əliyev səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, Zabrat qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, S. Əliyev 1975-ci ildə doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi fakültəsini bitirib. Bir müddət “Zerkalo” qəzeti ilə əməkdaşlıq edib. 2001-ci ildən “Exo” qəzetində həm jurnalist, həm də fotoqraf kimi fəaliyyət göstərib. Bir neçə il əvvəl həkimlər ona qanın mieloleykozu diaqnozunu qoyublar.
Gununsesi.info










