İlham Rəhimovun yeni kitabı çapdan çıxır

  • Müəllif: admin
  • 09 Dekabr 2017 11:06
Hüquq sahəsinə aid bir sıra kitabların müəllifi, professor İlham Rəhimovun yeni kitabı çapdan çıxacaq.
Bu barədə Gununsesi.info-ya məlumat verən professor İlham Rəhimov bildirib ki, yeni kitab bir aydan sonra işıq üzü görəcək: 
“Yeni kitab ölüm cəzasına həsr olunub. Kitabda ölüm cəzasının tətbiqi ilə bağlı fikirlər öz əksini tapıb. Belə ki, ölüm cəzasının tətbiqi zamanı Azərbaycan təcrübəsi və beynəlxalq praktika, cinayətin xarakteri, ölüm cəzası zamanı digər amillərlə yanaşı, psixoloji məqamların nəzərə alınması barədə fikirlər öz əksini tapıb. Hesab edirəm ki, kitab hüquq sahəsində çalışanların marağına səbəb olacaq”. 
İ.Rəhimov əlavə edib ki, son illərdə cinayətin, xüsusən də ağır cinayətlərin, ölüm hadisələrinin xarakteri dəyişib: “Belə ki, ağır cinayətlərin törədilməsi daha da ağır qaydada həyata keçirilir. Yeni kitabımda bütün bu məsələlərə aydınlıq gətirilib”.
Mürtəza 
Gununsesi.info