Ermənistan vətəndaşları nəzarətə götürülüb

  • Müəllif: admin
  • 11 Dekabr 2017 20:16

Gürcüstanın “Sadaxlı” gömrük-keçid məntəqəsində iki Ermənistan vətəndaşı saxlanılıb.

Gununsesi.info xəbər verir ki, saxlanılan şəxslərdə bəyan edilməmiş ümumi çəkisi 279,01 qram olan qızıl əşyalar aşkarlanıb.

Qızıl əşyaların gömrük dəyəri 21,5 min lari təşkil edib.

Ermənistan vətəndaşlarına qızıl əşyaların dəyərinə bərabər məbləğdə cərimə tətbiq olunub.

Gununsesi.info