Brent markalı neftin qiyməti 63 dollara yaxınlaşıb

  • Müəllif: admin
  • 14 Dekabr 2017 09:20

Dünya birjalarında neft yenidən bahalaşıb.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar və ya 0,18% artaraq 56,70 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,36 dollar və ya 0,58% artaraq 62,80 dollar olub.

Gununsesi.info