Qəddafinin oğlu prezident seçkilərində iştirak edəcək

  • Müəllif: admin
  • 18 Dekabr 2017 08:40

Liviyanın sabiq prezidenti Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Egypt Today” nəşrinə Seyf əl-İslam Qəddafinin nümayəndəsi Basem əl-Həşimi əl-Sül bildirib.

“Seyf əl-İslam Qəddafi 2018-ci ilin ortalarında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək”, – deyə Basem əl-Həşimi əl-Sül bildirib.

Gununsesi.info