Bakıda elektrik stansiyasının ərazisində yanğın olub

  • Müəllif: admin
  • 20 Dekabr 2017 19:31


Bakıda elektrik stansiyasının ərazisində yanğın olub.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunda “Azərenerji” ASC-nin Şimal Elektrik Stansiyasının ərazisində baş verib.

Nəticədə tikilməkdə olan tikilinin divar üzlüyü 30 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info