Gəncədə mənzildə partlayış olub, xəsarət alan var

  • Müəllif: admin
  • 20 Dekabr 2017 23:06


Gəncədə mənzildə su qızdırıcısı partlayıb.

APA-nın xəbərinə görə, hadisə şəhərin Sadıllı qəsəbəsində qeydə alınıb.

Orada yaşayan 1964-cü il təvəllüdlü İsmayılova Məhəbbət Nağı qızı qazla işləyən su qızdırıcısını işə salarkən partlayış baş verib. Hadisə nəticəsində qadın sifətin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib

Vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info