
ABŞ-da məktəbdə atışma baş verib
ABŞ-ın Texas ştatında məktəbdə silahlı insident qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, naməlum şəxs məktəbdə atəş açıb. İnsident nəticəsində azı bir nəfər yaralanıb.
Hadisə yerinə dərhal polis əməkdaşları cəlb edilib. Atəş açan şəxs saxlanılıb. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.
Gununsesi.info












