
Məşhur türkiyəli aktyor Kemal Sunalın oğlu Ali Sunal ikinci dəfə nikah masasına oturacaq.
Gununsesi.info xəbər verir ki, o, azərbaycanlı vəkil Nazlı Qurbanzadə adlı xanımla evlənməyə qərar verib. Cütlüyün toyu yayda olacaq.
Qeyd edək ki, Ali Sunal ilə Nazlı Qurbanzadə ÇABA Cəmiyyətinin layihələrində birlikdə çalışarkən tanış olub.
Dostluq daha sonra məhəbbətə çevrilib.
Onu da qeyd edək ki, Ali Sunal 2011-ci ildə həmkarı, məşhur aktrisa Gökçe Bahadır ilə ailə həyatı qurmuşdu.
Lakin onların evliliyi 8 ay çəkmişdi. Cütlük 2012-ci ildə boşanmışdı.

Gununsesi.info











