
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum oldu.
Gununsesi.info modern.az-a istinadən məlumat verir ki, parlamentin yaz sessiyasının növbəti iclası fevralın 1-də keçiriləcək.
İclasın gündəliyinə 15 məsələ daxil edilib.
Bunlar Milli Məclisin İntizam və Hesablayıcı Komissiyasının tərkibi, 2018-ci ilin işlər planı, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və s. qanun layihələridir.
Gununsesi.info











