Eldar Mahmudovun tutdurduğu şəxs həbsxanada öldü

  • Müəllif: admin
  • 24 Yanvar 2018 12:32

Bakıda daha bir məhkum ölümü baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 1958-ci il təvəllüdlü Əliyev Fazil İsgəndər oğlu xəstəlikdən ölüb.

Qeyd edək ki, F.Əliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2010-cu ildə keçirdiyi əməliyyat zamanı tutulub. Ondan xeyli miqdarda heroin götürülüb.

Gununsesi.info