
Yanvarın 25-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı ilk iclası keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, adışəkilən komitənin sədri Aqiyə Naxçıvanlı ilk [nc’ bildirib ki, son payız sessiyasında komitənin 3 iclası keçirilb və 6 məsələ müzakirə olunaraq, plenar iclaslara tövsiyə edilib.
O, deyib ki, hesabat dövründə komitənin ünvanına 124 müraciət daxil olub, onlardan 70-i tədbir görülməsi məqsədi ilə aidiyyatı qurumlara göndərilib, digərləri müvafiq qaydada həll olunub.
Həmçinin, MM-də komitə üzvləri tərəfindən 51 nəfər qəbul edilib, dinlənilib.
H.NİHAT
Gununsesi.info












