Deputat qanun layihəsinə ETİRAZ ETDİ

  • Müəllif: admin
  • 25 Yanvar 2018 15:46

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında”qanun layihəsi müzakirə olunub, bu layihə fikir ayrlığına səbəb olub.

Gununsesi.info modern.az-a istinadən məlumat verir ki, komitə üzvü Musa Quliyev deyib ki, çərçivə qanununu dağıdıb, əlillərin hüquqları ilə bağlı deklorativ qanun yaratmağa ehtiyac yox idi.

“Hazırda tətbiq olunan qanun daha praktik, konkret olaraq, əlilin sosial müdafiəsində duran qanundur. Yeni hazırlanan isə Avropa qanunlarının təcrübəsi formasında hazırlanıb.

Bu, Avropadakı əlillərin tələblərinə uyğun hazırlanıb. Əlilin sosial müdafiəsi ilə bağlı elə müddəalar var ki hazırki qanundan yeni qanuna uyğunlaşdırılmalıdır. Azərbaycanda 600 mindən çox əlil var.

Bu da 600 min ailə deməkdir. Bu ailələrin problemi birbaşa dövlətin üzərindədir. Əlil haqqında qanunda maliyyə yükü olmayacaqsa, bu qanun nəyə lazımdır axı?”.

Gununsesi.info