Açıq Büdcə İndeksində mövqeyimiz pisləşib

  • Müəllif: admin
  • 30 Yanvar 2018 16:34

Azərbaycan 2017-ci il üzrə Açıq Büdcə İndeksində 100 mümkün baldan cəmisi 34 bal toplayaraq büdcə şəffaflığı kifayət qədər olmayan 4-cü kateqoriyaya – minimal məlumatın mümkünlüyü (Minimal Information Available) kateqoriyasına daxil olub.

Gununsesi.info bunu OBİ-nə sitinadən xəbər verir.

Bununla da 115 ölkə arasında 77-ci yeri tutmuşuq. İqtisadçı-ekpert Samir Əliyev deyir ki, ölkəmizin topladığı bal 2006-cı ildən sonra ən aşağı səviyyədir. Bundan əvvəl 51 bala (2015) yüksəlmə olsa da, neftin ucuzlaşması hökuməti məlumatları daha da qapalı etməsinə gətirib çıxardı.

Əlavə olaraq qeyd edim ki, Gürcüstan 82, Rusiya 72, Türkiyə 58, Qırğızıstan 55, Qazaxıstan 53 bal toplayıb.

Vüsalə

Gununsesi.info