İsrail hərbçiləri ilə toqquşmalarda 1 fələstinli həlak olub

  • By admin
  • 07 Fevral 2018 08:55

İordan çayının qərb sahilindəki Nablus şəhərində İsrail təhlükəsizlik qüvvələri və fələstinlilər arasında qarşıdurmada bir fələstinli ölüb, onlarla sakin xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hərbçilər etirazçılara qarşı odlu silah, rezin güllə və gözyaşardıcı qazdan istifadə ediblər.

Bu barədə Fələstinin Səyiyyə nazirliyinin yaydığı məlumatda bildirilir. Daha altı nəfərin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qızıl Aypara Hərəkatının hesablamalarına əsasən, ümumilikdə toqquşmalar zamanı 79 fələstinli xəsarət alb.

Gununsesi.info