Dilarə Kazımova avtomobil qəzası keçirdi

  • Müəllif: admin
  • 02 Mart 2018 14:16

Müğənni Dilarə Kazımova avtomobil qəzası keçirib.

Gununsesi.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Sərnişin daşıyan avtobus  idarəetməni itirərək yol kənarında saxlanılan Dilarə Kazımovaya məxsus “Audi” markalı avtomobilə çırpılıb.

İfaçının köməkçisi başından zədə alaraq xəstəxanaya aparılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Gununsesi.info