İndoneziyada zəlzələ baş verib

  • By admin
  • 03 Mart 2018 08:30

İndoneziyada sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yeraltı təkanların episentri Sinabanq şəhərindən 304 km cənubda, ocağı isə 5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Gununsesi.info