Güclü külək əsəcək, qar yağacaq - HAVA PROQNOZU

  • Müəllif: admin
  • 03 Mart 2018 12:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ölkə ərazisində hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 5-i gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın bəzi rayonlarında martın 5-i axşamdan martın 7-si səhərədək arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Gununsesi.info