“Keçmiş arvadım adıma xələl gətirmək istəyir” - SƏMƏD SƏMƏDOV

  • Müəllif: admin
  • 03 Mart 2018 19:16

Xalq artisti Səməd Səmədov son günlər haqqında gəzən söz-söhbətlərə cavab verib. 

Gununsesi.info xəbər verir ki, müğənni bildirib ki, keçmiş xanımı Zərifə onu gözdən salmağa çalışır:

S.Səmədov 1995-ci ildə dünyasını dəyişən oğlunun qəbrini tez-tez ziyarət etdiyini söyləyib:

“Sizcə, hansı ata öz oğlunun yasına qırmızı geyinib gələ bilər? Canımın bir parçası olan
övladımın ölümü məni necə sevindirə bilər? O ki qaldı oğlumun qəbrini ziyarət etməməyimə, mən çəkiliş qrupunu belə ora apardım. Oradakı molla bildirdi ki, Səməd müəllim ayda hec olmasa iki-üç dəfə oğlunun ziyarətinə gəlir. Onun həyat yoldaşını isə biz 8 il olar ki, burada görmürük.

Oğlum Eminin qəbrini onun qırx mərasimi belə çıxmamış düzəltdirmişdim. Oğluma 10 yaşına kimi anamla mən baxmışam.

Görünür şöhrətim, qazandığım hörmət qıcıq yaratdığı üçün imicimə xələl gətirmək məqsədi güdülür”.

Gununsesi.info