Qax rayonunun Alatəmir kəndində “Volkswagen” markalı avtomobillə “VAZ-21011” markalı minik maşını toqquşması nəticəsində 1 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.
“Report”un yerli bürosu xəbər verir ki, yaralıların 3-nün vəziyyəti ağirdir.
***20:31
Qax rayonunda ağır yol qəzası baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndində qeydə alınıb.
Belə ki, “Volkswagen” markalı avtomobillə “VAZ-21011” markalı minik maşını toqquşub. Nəticədə 1 nəfər ölüb, 3-dən çox insan ağır xəsarət alıb.
Gununsesi.info