Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibinin oğluna HÖKM OXUNDU

  • Müəllif: admin
  • 16 Mart 2018 13:36

Bakı polisinin sözçüsünün oğluna 6 il həbs verildi 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun (Qalib Arif) oğlu Arif Rəhimov iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzasına görə 6 il azadlıqdan məhrum edildi. Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə belə hökm çıxarılıb.

Gununsesi.info xəbər verir ki, Qalib Rəhimov özü də bu işdə zərərçəkmiş qismində tanınıb. Çünki oğlu onun avtomobili ilə qəza törədib. Amma o, özünü zərərçəkmiş saymır: “Mənim maşınım əzilib, bir işdi də olub. Təqsirləndirilən mənim oğlumdur. Ölən şəxslərə də Allah rəhmət eləsin. Sizdən də ədalətli hökm verməyinizi istəyirəm”

Təqsirləndirilən Arif Rəhimovun vəkili isə müvəkkilinə minimum cəzanın verilməsini xahiş edib.

İttihama görə, 20 yaşlı A.Rəhimov Bakı-Ələt yolunda idarə etdiyi maşını öncə yol kənarında dayan “Toyota Prado”ya vurub. Bundan sonra idarəetməni itirib və maşını hərəkətdə olan “Opel”ə çırpıb. Nəticədə “Opel”in sürücüsü Füzuli Məmiyev və həmin maşında olan üç sərnişindən biri – Kamal Məmmədov elə hadisə yerində dünyasını dəyişib. Maşın elə vəziyyətə düşüb ki, meyitləri Fövqəladə Hallar Nazirliyinin işçiləri gəlib çıxarıblar.

Q.Rəhimov özü də bu cinayət işində zərərçəkmişdir. Çünki qəzanı törədən “Subaru” markalı avtomobil onun olub, hadisə vaxtı oğlu idarə edib. Maşın əzildiyinə görə o, zərərçəkmiş qismində tanınıb.

Amma Q.Rəhimov özünü zərərçəkmiş hesab eləmir.

Hadisə vaxtı A.Rəhimov özü də yaralanıb. O, məhkəmədə özünü qismən təqsirli bilib. Təqsirləndirilən şəxs  atasının avtomobilini etibarnaməsiz idarə etməsi haqda ittihamla razılaşmayıb. Bildirib ki, etibarnamə olub, sadəcə, vaxtı keçib.

Gülər

Gununsesi.info