Oman aviaşirkəti Bakıya reysləri işə salır

  • Müəllif: admin
  • 03 Aprel 2018 22:16


Omanın “SalamAir” büdcə aviaşirkəti iyunun 14-dən başlayaraq yay uçuş cədvəli çərçivəsində Maskat-Bakı reyslərini işə salacaq.

Gununsesi.info-nun məlumatına görə, uçuşlar sentyabrın 5-dək həftədə iki dəfə həyata keçiriləcək.

Qeyd olunur ki, Maskatdan təyyarə çərşənbə axşamı və cümə axşamı günləri saat 23:05-də, Bakıdan çərşənbə və cümə günləri saat 03:20-də yola düşəcək.

 

Gununsesi.info