Ağstafada yıxılan ustanın bədəninə armatur girdi

  • Müəllif: admin
  • 07 Aprel 2018 10:25

 

Ağstafa sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Gununsesi.info report.az-a istinadən bildirir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Rzayev Elton Natiq oğlu evində təmir aparan zaman yıxılaraq bədəninə armatur girib.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info