Adamları “BP”yə işə düzəltmək adi ilə aldadıb pullarını aldı…

  • By admin
  • 13 Aprel 2018 14:54

Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan Seymur Əhmədovun mühakiməsi başlayıb. O, adamları BP şirkətinə işə düzəltmək adı ilə aldadıb pullarını ələ keçirməkdə təqsirləndirilir.

Gununsesi.info xəbər verir ki, aprelin 13-də məhkəmədə zərərçəkmiş qismində Pərvin Hüseynzadə ifadə verib. O bildirib ki, BP şirkətinə işə düzəlmək üçün Seymur Əhmədova paytaxtın “Şamaxinka” adlanan ərazisində 4 min manat pul verib: “Dedi ki, neftçilərin bayramıdır, çalış, saat 12-yə qədər pulu çatdır. Çatdırdım. Bur müddət keçdi. Dedi ki, sənədlərin müsabiqədən keçməyib”.

Adıçəkilən zərərçəkmiş deyir ki, pulunun geri qayıtmadığını görəndə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət edib.

Təqsirləndirilən Seymur Əhmədov da zərərçəkmişin sözlərini təsdiqləyib.

Bu işdə zərərçəkmişlərin sayı 6 nəfərdir. Onlardan alınan ümumi məbləğ isə təxminən 20 min manatdır.

Gülər

Gununsesi.info