Türkiyə fövqəladə vəziyyəti yeddinci dəfə uzadır

  • Müəllif: admin
  • 13 Aprel 2018 16:40

Türkiyə parlamenti ölkədə davam edən fövqəladə vəziyyətin yeddinci dəfə uzadılmasını müzakirə edəcək. Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu qərarın müzakirəsi aprelin 18-ə nəzərdə tutulub.

Bir müddət əvvəl Türkiyə baş nazirinin müavini Bekir Bozdağ müddətin uzadıla biləcəyini vurğulamışdı.

Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət 2016-cı ildə ölkədə hərbi çevrilişə cəhddən sonra tətbiq edilib.

Daha öncə fövqəladə vəziyyətin fevral ayında bitəcəyi deyilsə də, müddəti uzadılmışdı.

Gununsesi.info