Azyaşlını maşın vurub öldürdü

  • Müəllif: admin
  • 16 Aprel 2018 19:09

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl qaçqın şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, “VAZ 2106” markalı  avtomobil  velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info