Abid Şərifovun vəziyyəti pisləşdi – SON DƏQİQƏ

  • Müəllif: admin
  • 22 Aprel 2018 22:40

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti kəskin pisləşib.

Gununsesi.info “interpress.az”-a istinadən məlumat verir ki, A.Şərifov təcili olaraq xəstəxanaya yerləşdirilib.

Onun ürəyin fəaliyyətinin kəskin pisləşməsi diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Baş nazirin sabiq müavininin hazırda kardiologiya şöbəsində müalicə oldunduğu vurğulanır.

Qeyd edək ki, Abid Şərifov Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Baş nazirin müavini vəzifəsindən çıxarılıb.

Gununsesi.info