MM bir sıra qanunlara düzəlişləri qəbul edib

  • Müəllif: admin
  • 18 May 2018 14:35


Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanunlara yeni qəbul olunmuş “Məktəbə qədər təhsil haqqında” qanuna uyğun olaraq edilən düzəlişlər layihəsi müzakirəyə çıxarılıb.

Gununsesi.info-nun məlumatına görə, bunlar Əmək Məcəlləsinə, “Təhsil haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Dövlət qulluğu haqqında”, “Yanğın təhlükəsizliyi haqqında” və “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunlara təklif edilən düzəlişlərdir.

Layihələr barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Layihələr ayrılıqda səsə qoyularaq qəbul edilib.

Gununsesi.info