Dünya çempionatları tarixində ilk qırmızı vərəqəni göstərmiş hakim vəfat edib

  • Müəllif: admin
  • 18 May 2018 14:40


Futbol üzrə dünya çempionatları tarixində ilk qırmızı vərəqəni göstərmiş türkiyəli keçmiş hakim Doğan Babacan vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, Babacan 88 yaşında dünyasını dəyişib. O, həm də mundiallarda iştirak etmiş ilk türkiyəli hakim kimi tarixə düşüb. 1974-cü ildə Almaniyada keçirilmiş dünya çempionatına qatılan Babacan çilili futbolçu Karlos Kasseliyə qırmızı vərəqə göstərib. Kasseli Almaniya ilə qarşılaşmanın 67-ci dəqiqəsində Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsa qarşı kobudluq etdiyi üçün meydandan qovulub.

Qeyd edək ki, dünya çempionatlarında qırmızı vərəqənin tətbiqi 1970-ci ildən başlasa da, hakimlər bundan istifadə etməyiblər.

 

Gununsesi.info