
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə keçiriləcək müsabiqə üçün 1897 nəfər elektron qeydiyyatdan keçib.
Bu barədə Gununsesi.info APA-ya istinadən Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğusuna cavab olaraq bildirilib.
İdarədən onu da bildiriblər ki, qeydiyyat prosesi iyunun 20-dək davam edəcək.
“4340 nəfər 6 yaşı tamam olmayan uşaq isə məktəbəhazırlıq qrupunda təhsil aldığı üçün birbaşa məktəb seçimi etmək hüququ əldə edib”, – deyə məlumatda qeyd olunub.












