
Növbəti iki gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi məlumata görə iyun ayının 5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: “İyun ayının 5-i gündüz yağışın tədricən kəsiləcəyi, hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu bölgələrdə 27-32 dərəcə isti təşkil edəcək”.
Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: “Lakin iyunun 5-i günün birinci yarısında qısa müddətli yağış yağacağı ehtimal olunur”.
Növbəti günlərdə ölkə ərazisində şərq küləklərinin üstünlüyü müşahidə olunacaq.
Gununsesi.info












