ABŞ və Fransa əsgərlərinin olduğu baza partladı

  • Müəllif: admin
  • 04 İyun 2018 12:10


Suriyanın Şimalında YPG-PKK nəzarətindəki Ayn İsa bölgəsində yerləşən ABŞ və Fransa əsgərlərinin də olduğu hərbi bazada partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, yerli mənbələr partlayış nəticəsində YPG-PKK-nın çox sayda itki verdiyini açıqlayıb.

Partlayış sursat anbarında baş verib. Hərbi bazada təxminən 200 nəfərlik ABŞ və 75 nəfərlik Fransa xüsusi təyinatlı əsgərinin olduğu qeyd edilib.

 

Gununsesi.info