

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Belarusdakı “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Azərbaycanın milli musiqiləri, xalq geyimləri, milli mətbəximizin ləziz təamlarını festival iştirakçılarına təqdim edib.

Qədim xalçalar və məişət alətləri, milli musiqi alətləri, xüsusi suvenirlərlə bəzədilən Azərbaycan guşəsi maraqla qarşılanıb. “Sarı gəlin” və “Leqendı Kavkaza” rəqs ansamblları, Azərbaycandan dəvət olunmuş sənət adamları festival iştirakçılarına yaddaqalan anlar yaşadıblar.

Qeyd edək ki, festivalda qonaq qismində 200 min nəfər iştirak edib. Dövlətlər arasında sülhə, tolerantlığa göstərilən diqqətin bəhrəsi kimi “Xoşbəxtlik ağacları” əkilib, ağacların budaqlarından ölkələrin bayrağını əks edən rəngli lentlər asılıb.












