ABŞ Prezidenti Donald Trampla Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında G7 sammiti çərçivəsində nəzərdə tutulan ikitərəfli görüş liderlərin soyuq şəxsi münasibətlərinə görə baş tutmayacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.
“Teleqraf” nəşrinin ABŞ Prezidentinin yaxın ətrafında olan mənbəyə istinadla yazdığına görə, Tramp Meyin onunla müəllim tonu ilə danışmasından artıq yorulub. Tramp Meyin aralarındakı telefon danışığı zamanı ümumi müddəalara nəzər salmadan birbaşa siyasi detallara keçməsinə əsəbləşib.
“O, demək olar ki, məktəb müəllimi kimidir. İnanmıram ki, kiminsə onunla xoş münasibəti olsun”, – liderlərin görüşündə iştirak edən mənbə bildirib.
Xatırladaq ki, Tereza Mey Kanadanın Kvebek əyalətində keçiriləcək sammit zamanı Donald Trampdan başqa digər liderlərlə ikitərəfli görüşlər keçirəcək.












