Məşhur klubun prezidenti istefaya göndərildi

  • Müəllif: admin
  • 25 İyun 2018 09:39

“Sportinq”in prezidenti Bruno de Karvalyo istefaya göndərilib.

Gununsesi.info komanda.az-a istinadən bildirir ki,  iyunun 23-də “Altis-Arena”da keçirilən klub səhmdarlarının toplantısında De Karvalyonun getməsi üçün 60 faiz səs yığılıb.

 2013-cü ildən prezident postuna əyləşən Bruno de Karvalyo 2017-ci ildə ikinci müddətə prezident seçilmişdi. Onun istefasını şərtləndirən əsas səbəb isə komandada yaranan böhran və aparıcı futbolçuların müqavilələrini pozması olub.