Milli Məclisin deputatı Fazil Mustafa UEFA Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”ın məğlubiyyətini şərh edib.
Gununsesi.info-nun xəbərinə görə, deputat bildirib ki, komandanın məğlub olması gözlənilən idi:
“Qarabağ”ın məğlub olması labüd idi. Bu qədər səriştəsiz futbolçuların bir araya gəldiyi “Qarabağ” görmədim. Oyun ərzində 30-a yaxın qol imkanını boşa verdilər. Bir var bəxt gətirməyə, bir də topa son zərbəni vurmaq qabiliyyəti ümumiyyətlə olmaya”.
F.Mustafanın sözlərinə görə, komandanın heyətində xüsusilə zəif təsir bağışlayan futbolçular olub:
“Bir fəlakət 4 nömrə vardı, özü də hara gəlib düşdüyünü bilmirdi. Yankoviçdən başqa meydanda ağıllı oyun göstərən kimsə yox idi. Bakıdakı oyunda da Cəfərquliyev möhtəşəm idi”.
Deputat əlavə edib ki, ötən mövsümün uğurlu çıxışı fonunda builki komandanın oyunu məyusedici təsir bağışlayır:
“Ötən ilin ‘Qarabağ’ əfsanəsini yaxşı ki, yaşamışıq. Bu cür oyunla çətin ki, uğur qazanılsın”.
Orxan









