Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı

  • Müəllif: Firuzə
  • 01 Avqust 2026 21:24
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Serbiyanın Belqrad şəhərində təşkil olunan UFC turnirində növbəti qələbəsini rəsmiləşdirib.

Gununsesi.info xəbər verir ki, təmsilçimiz serbiyalı rəqibi Ludovit Klein ilə qarşılaşmada üstünlük əldə edib. Gərgin keçən görüşün 2-ci raundunda Musayev rəqibini texniki nakautla məğlub edərək rinqdən zəfərlə ayrılıb.

Qeyd edək ki, bu, Tofiq Musayevin UFC təşkilatındakı 2-ci qələbəsidir.

Gununsesi.info