“Qarabağ”da yeni mövsüm üçün transfer çalışmaları davam edir.
Gununsesi.info -nun məlumat;na görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun müdafiə xəttinin gücləndirilməsi üçün xüsusi olaraq istədiyi futbolçulardan biri Justin Hubnerdir. 22 yaşlı müdafiəçi hazırda Niderlandın “Fortuna Sittard” klubunda çıxış edir. İndoneziya millisinin də üzvü olan Hubner əsasən mərkəz müdafiəçisi mövqeyində oynayır. Sol cinah müdafiəçisi və dayaq yarımmüdafiəçisi kimi də çıxış edə bilir. Den-Boşda doğulan futbolçu “Willem II”, “FC Den Bosch” və İngiltərənin “Wolverhampton” klubunun akademiyasında yetişib. Daha sonra Yaponiyanın “Cerezo Osaka” klubunda icarə əsasında çıxış edən Hubner 2025-ci ilin yayında Niderlanda qayıdaraq “Fortuna Sittard”la müqavilə imzalayıb.
Hazırda futbolçunun “Fortuna Sittard”la müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” onun bazar dəyərini 1 milyon avro qiymətləndirir. Hubnerin İndoneziya millisində 18 oyunda meydana çıxıb və 1 qola imza atıb.
Qurban Qurbanovun müdafiə xəttində solayaqlı və çoxfunksiyalı futbolçuya üstünlük verməsi Hubner variantını diqqətçəkən edir. Bununla belə, futbolçunun “Qarabağ”a keçidi ilə bağlı hazırda rəsmi razılaşma yoxdur.
Transferin reallaşıb-reallaşmayacağı yaxın günlərdə məlum olacaq.
Günay









