8 mindən çox “Mazda” geri çağırılır

  • Müəllif: admin
  • 28 İyun 2018 18:30

“Mazda Motor Rus” şirkəti Rusiyada 8 mindən çox avtomobili geri çağırıb.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, qərar ön təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2002-ci ilin avqustundan 2008-ci ilin iyununadək illərdə Rusiyada satılmış “Mazda 6” modellərinə şamil olunur.

 Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.