Şəxs anonim şəkildə dövlət orqanına şikayət edə bilərmi?

Qanunvericiliyə görə, müraciətdə müraciət edən şəxsin adı, soyadı və əlaqə məlumatları göstərilməlidir.

Bu məlumatlar olmadıqda müraciət anonim hesab olunur.

Bəs görəsən, şəxs anonim şəkildə dövlət orqanına şikayət edə bilərmi?

Bu barədə Gununsesi.info -ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, anonim müraciət daxil olduqda dövlət orqanı onu araşdıra bilər, lakin buna hüquqi öhdəliyi yoxdur. İstisna olaraq, müraciətdə ciddi hüquq pozuntuları, korrupsiya və ya ictimai təhlükəsizliklə bağlı məlumatlar varsa, aidiyyəti qurumlar yoxlama apara bilərlər:

“Konkret desək, anonim şikayət vermək mümkündür, lakin cavab almaq və ya müraciətə mütləq baxılmasını tələb etmək hüququ yaranmır”.

 

Orxan

Gununsesi.info