Müharibə Veteranlarının Respublika Xəstəxanasında diqqətçəkən vəziyyət

Müharibə Veteranlarının Respublika Xəstəxanasının vəziyyəti ilə bağlı baxış zamanı xəstəxana binasının bəzi hissələrində təmir və yenilənmə işlərinə ehtiyac olduğu müşahidə edilib.

Gununsesi.info xəbər verir ki, ayrı-ayrı sahələrin fiziki vəziyyətinin yaxşılaşdırılması və ümumi infrastrukturun yenilənməsi zəruri görünür. Xüsusilə müharibə veteranlarına xidmət göstərən bu tibb müəssisəsinin müasir və əlverişli şəraitdə fəaliyyət göstərməsi vacibdir.

Bu səbəbdən təmirə ehtiyac olan sahələrin müəyyənləşdirilməsi və müvafiq işlərin görülməsi məqsədəuyğun olardı.

Qeyd edək ki, söhbət xəstəxananın tibbi fəaliyyəti və göstərilən xidmətlərin keyfiyyətindən deyil, yalnız binanın fiziki vəziyyətindən və təmir ehtiyacından gedir. Bundan bir neçə gün əvvəl sosial şəbəkələrdə bəzi istifadəçilər xəstəxananın təmirdən sonra adının “Muharibə Veteranlarının Sağlamlıq Mərkəzi” və ya “Respublika Veteranlarının Sağlamlıq Mərkəzi” olaraq dəyişdirilməsini təklif ediblər.

Yerində müşahidə etdiyimiz vəziyyəti diqqətə çatdırırıq. Xəstəxanada təmir işlərinin aparılması ilə bağlı planların olub-olmaması və bu istiqamətdə hansı tədbirlərin görüləcəyi maraq doğurur. Aidiyyəti qurumun məsələ ilə bağlı açıqlamasını dərc etməyə hazırıq.

 

 

Vüsal

Gununsesi.info