ABŞ prezidenti seçilməyim Rusiya üçün ən xoşagəlməz hadisə olub - DONALD TRAMP

  • Müəllif: admin
  • 27 Oktyabr 2018 21:29

“Mənim ABŞ prezidenti vəzifəsinə seçilməyim Rusiya üçün ən xoşagəlməz hadisə olub”.

Trend-in məlumatına görə, bu sözləri DonaldTramp Şimali Karolina ştatında mitinqdə çıxışı zamanı deyib.

ABŞ prezidenti bildirib ki, Moskva ilə mövcud olan fikir ayrılıqlarına baxmayaraq ölkələr arasında əlaqələri düzəltmək lazımdır:

“Rusiya, Çin, Şimali Koreya, Cənubi Koreya, Yaponiya və digərləri ilə münasibətləri düzəltmək yaxşı fikirdir. Biz bu nəticələrə nail olmağa çalışacağıq”.