Şəmistan Əlizamanlı yenidən məşhur serialda

  • Müəllif: admin
  • 13 Dekabr 2018 10:50

Hərbi-vətənpərvərlik mahnılarının ifaçısı, diktor  Şəmistan Əlizamanlı Türkiyənin TRT 1 kanalında yayımlanan məşhur “Diriliş Ərtoğrul” serialında yenidən rol alıb.

“Qafqazinfo” xəbər verir ki, o, reytinqli ekran işinin 127-ci bölümündə tamaşaçı qarşısına çıxıb. İfaçı layihədə Əroğrul bəyin obasında ikinci dəfə ozan obrazını canlandırıb.

Şəmistan Əlizamanlı məclisdə “Zafer Bismillah” mahnısını səsləndirib.

Qeyd edək ki, diktor-müğənni noyabrın əvvəlində də sözügedən serialda rol almışdı.