
“Nazirliyin bütün qurumları gücləndirilmiş iş rejimini davam etdirir, vətəndaşlardan və qurumlardan müraciətlər qəbul olunmaqdadır”.
Gununsesi.org xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Qurum rəsmisi respublika ərazisində artiq hava şəraitinin kəskin dəyişdiyini söyləyib: “Bütün qurumlar tərəfindən lazımi qabaqlayıcı tədbirlər görülüb, əhali, ictimaiyyət nümayəndələri məlumatlandırılıb. Nazirliyin müvafiq qurumları təhlükəli hidrometeoroloji hadisə ilə bağlı operativ fəaliyyətini davam etdirir”.
Qeyd edək ki, güclü külək paytaxtda bir neçə dayanacağa və evlərin dam örtüyünə zərər vurub.
Gununsesi










